Konfederasiyalar kuboku 4 şəhərdə keçiriləcək

2017-ci ildə Konfederasiyalar Kuboku oyunlarının keçiriləcəyi şəhərlərin adları məlumdur. Rusiya mətbuatına əsasən, «Allsport.az» bildirir ki, turniri Rusiyanın Moskva, Sankt-Peterburq, Soçi və Kazan şəhərləri qəbul edəcək.

Məlumdur ki, 2018-ci ilin Dünya kuboku yarışı Rusiyaya həvalə olunub. Elə buna görə də, ənənə üzrə, mündialdan bir il əvvəl məhz təşkilatçı ölkə Konfederasiyalar kuboku uğrunda görüşlərə də ev sahibliyi edir.

Yarışın təqvimi cari il dekabrın 18-19-da FİFA-nın İcraiyyə Komitəsinin iclasında təsdiq ediləcək. Güman ki, yarış 2017-ci il iyunun 17-dən iyulun 2-dək təşkil olunacaq.

Həmin kateqoriyadan