Konfrans liqasında püşk günü

Bu gün konfrans liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Allsport.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə  16:00-da başlayacaq.

Püşkdə “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin də potensial rəqibləri müəyyənləşəcək.

II mərhələdə İsrailin “Aşdod” klubu ilə üz-üzə gələcək “Qarabağ” səpələnmişlər səbətində qərarlaşıb. Serbiya “Çukariçki”si ilə qarşılaşacaq “Sumqayıt” və Rusiyanın “Soçi” klubu ilə üz-üzə gələcək “Keşlə” isə səpələnməmişlər sırasındadır.

Konfrans liqasında III təsnifat mərhələsinin oyunları 5-12 avqust tarixlərində keçiriləcək.

Həmin kateqoriyadan