“Konfrans liqasında qrupa düşdək, ayrı stadionda oynaya bilərik”

“Qarabağ” konfrans liqasının pley-ofunun 1-ci oyununda evdə Şotlandiya “Aberdin”ınə 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçi Qurban Qurbanov bunu dedi:

“Öncədə söyləmişdim, məqsəd, azarkeşlərə gözəl oyun bəxş edək. Allaha çox şükür, istəyimizə nail olduq. Səfər matçında da həmin üstünlüyü qorumağa çalışacağıq.

Meydanın durumu yenə pis idi. Qazon yaxşı olsaydı, hır 2 komanda daha yaxşı oyun nümayiş etdirərdi. Düzü, bu stadionda yayda problem həmişə olur. Ola bilər, avrokubokda qrupa düşsək, başqa stadionda oynayaq”.

Həmin kateqoriyadan