“Konstant Vanden Stok” stadionunda son məşq

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda Belçika “Anderlext”inə qarşı səfər oyunu öncəsi matçın baş tutacağı “Konstant Vanden Stok” stadionunda son məşqə çıxıb.

Allsport.az xəbər verir ki, komandamızın bu rəqiblə dueli dekabrın 10-dan 11-nə keçən gecə keçiriləcək və saat 00:05-də başlayacaq.

“Qarabağ”ın pley-offa çıxması üçün bu görüşdə mütləq qələbə qazanması, eyni zamanda, İngiltərə “Tottenhem”inin ev oyununda Fransa “Monako”suna uduzmaması lazımdır.

Həmin kateqoriyadan