Könül Nurullayeva: “Bu gün başqa ruhda olan Azərbaycan vətəndaşlayırıq”

Jurnalistlər arasında mini-futbol üzrə “Zəfər kuboku”nun “B” qrupunda “Suqovuşan” – “Şuşa” oyununun qonaqları sırasında 5-ci İslam oyunlarının təşkilat komitəsinin üzvü Könül Nurullayeva da yer alıb. Allsport.az saytı xəbər verir ki, o, belə bir yarışın təşkilinin çox gözəl təşəbbüs olduğunu söyləyib:

“Turnirin təşkilatçılarına, idman araşdırmalar mərkəzinə, “Report” informasiya agentliyinə, sponsorlara təşəkkürümü bildirirəm. Bunun mənəvi tərəfi də var. Torpaqlarımızı işğaldan azad etmişik. Bu gün başqa ruhda olan Azərbaycan vətəndaşlayırıq. Siz oynayacaqsınız, biz zövq alacağıq.

Bu yarışda udub-uduzmağın heç bir əhəmiyyəti yoxdur. Bu adi turnir olsa da, biz artıq böyük bir zəfərə imza atmış, ən böyük yarışın qalibi olmuşuq. İşğaldan azad olunmuş rayon və şəhərlərimizin adları səslənəcək. Hamımızın ürəyi uzun illərdir bu arzu ilə döyünürdü. Bu gün də qələbəmizin xoş bir nəticəsini yaşayırıq”.

Həmin kateqoriyadan