Korneliu Papure: “Səbail” bizə qarşı həddindən artıq istəkli çıxış edəcək

“Universitatya Krayova” klubunun baş məşqçisi Korneliu Papure yoxlama oyununda Macarıstan “Ferenvaroş”una 0:4 hesablı yenilgiyə şərh verib. Allsport.az saytı xəbər verir ki, rumıniyalı mütəxəssis Avropa liqasının 1-ci ələməsinədək bundan dərs çıxarmalı olduğunu deyib:

“Macarıstan çempionuna böyük hesabla uduzduq. Amma bundan müsbət şeylər qazana bilərik. “Səbail”ə gəlincə, çətin rəqibdir. Düzdür, belə oyunlarda avrokubok təcrübəsi şərtdir. Ancaq əminəm ki, onlar bizə qarşı həddindən artıq istəkli çıxış edəcəklər”.

Xatırladaq ki, “dənizçilər”lə ilk görüş iyulun 11-də Bakıda “ASCO arena”da saat 20:00-da başlayacaq. Cavab oyunu 1 həftə sonra Rumıniyada olacaq.

Həmin kateqoriyadan