- Baxış sayı: 16
- 22 Sentyabr 2026 17:14
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

“Valensiya”nın müdafiəçisi Esekel Qaray və həyat yoldaşı Tamara Qoro 2 aydan sonra ilk dəfə övladları ilə görüşüb. Allsport.az xəbər verir ki, onlar martın ortalarında övladlarını Madriddə yaşayan valideynlərinin yanına göndərmişdi.
Bundan bir neçə gün sonra isə cütlük COVID-19-a yoluxmuşdu. Onlar infeksiyadan qurtulsa da, İspaniyada səyahət məhdudiyyətinə görə uşaqlarını görə bilmirdi.
Tamara sosial hesabında 2 ay sonra övladlarına qovuşduqlarını bəyan edib:
“Nəhayət, uşaqlarımızı 2 aydan sonra gördük. Hisslərimi sözlə ifadə edə bilmirəm. Uşaqlarımı yenidən qucaqlamaq hissini yaşadım”.







