Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə “Odlar yurdu” adlı xüsusi proqram

Mayın 12-də Londonda Böyük Britaniyada kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi Vindzor kral atçılıq şousu başlayıb. Allsport.az saytı xəbər verir ki, məşhur qəsrdə kraliçası II Yelizavetanın şəxsən iştirakı ilə keçirilən bu əyləncəyə Azərbaycan təmsilçiləri 2012-ci ildən qatılırlar. Bu il onun taxta çıxmasının 70-ci ildönümünə həsr olunan tədbirdə bizimkilər “Odlar yurdu” adlı xüsusi proqramla çıxış edəcək.

Heydər Əliyev fondunun dəstəyi, ARAF-ın təşkilatçılığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Azərbaycanın əməkdar artisti Nicat Kazımovun quruluş verdiyi proqramda, dövlət sərhəd xidmətinin 15 süvarisi tərəfindən Qarabağ atları üzərində möhtəşəm igidlik hərəkətləri nümayiş etdiriləcək.

Həmçinin Azərbaycanın Əməkdar artisti, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi” ansamblı tərəfindən milli musiqimizin sədaları altında möhtəşəm rəqs kompozisiyası sərgilənəcək.

Həmin kateqoriyadan