“Krasnodar”ın qapıçısı “Qəbələ” ilə oyun barədə nə deyib?

Rusiyanın “Krasnodar” klubunun qapıçısı Andrey Sinitsin Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:

“Avropa Liqasında zəif rəqib yoxdur. Son oyunumuz bunu bir daha isbatladı. Biz oyuna yaxşı başladıq, amma sonradan arxayınlaşdıq, buna görə də qapımızda cavab qolu gördük.

“Qəbələ”nin yaxşı hücumçuları var. Onlar məni daim gərginlikdə saxlayırdılar. Hesab edirəm ki, layiqli qələbə qazandıq. Biz ələ düşən şanslardan yararlana bildik və layiqli qələbə qazandıq”.

Həmin kateqoriyadan