“Kukesi” – “Qarabağ” görüşü “Azərçay”ın himayədarlığı ilə yayımlanacaq

Məlum olduğu kimi, bu gün çempionlar liqasının 2-ci ələməsində Albaniyanın “Kukesi” klubu ilə “Qarabağ” arasındakı ilk matçın ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu bu məsələ ilə bağlı bəyanat yayıb:

“Azarkeşlərimizin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz “Azərçay” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalıyla danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir. İlk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın “Azərçay”ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir.

Ətraflı məlumatı isə tam razılıq əldə olduqdan sonra sizlərlə paylaşacağıq”.

Həmin kateqoriyadan