- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

Çempionlar liqasının 2-ci ələməsinin ilk oyununda “Kukesi” (Albaniya) – “Qarabağ” matçının hakimləri məlum olub. Allsport.az saytı xəbər verir ki, Albaniyada keçiriləcək ilk görüşü Norveçdən olan briqada idarə edəcək.
Görüşün baş referisi Ola Hobber Nilsen olacaq. Tom Harald Qronevik və Qeyr Oskar İsaksen yan xətt hakimi, Kay Erik Stin ehtiyat hakimdir.
Matçın inspektoru ispaniyalı Xuan Antonio Fernandes Marin, UEFA nümayəndəsi isə şimali irlandiyalı Roy Katkart təyin olunub.
“Kukesi” – “Qarabağ” qarşılaşması iyulun 25-də keçiriləcək.