Kütləvi futbol həftəsinə yekun

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə kütləvi futbol həftəsi çərçivəsində Şamaxı stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

Allsport.az saytı xəbər verir ki, 100-dən çox uşağın qatıldığı tədbirdə futbol oynanılıb, əyləncəli vaxt keçirilib. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub.

Hədiyyələri uşaqlara kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, Şimal regional futbol federasiyasının prezidenti Abdulla Məmmədov, Şamaxı regional futbol məktəbinin əlaqələndiricisi Vəli Qasımov və kütləvi futbol departamentinin mütəxəssisi Orxan Mikayıllı təqdim ediblər.

Həmin kateqoriyadan