Vaqner Lav: “Qarabağ”la vacib oyunumuz olacaq”

“Qarşıda çox vacib oyunlarımız olacaq. “Qarabağ”a qarşı səfərdə oynadıqdan sonra, “Astana”ya qarşı ev oyunu və ölkə kubokunda cavab matçına çıxacağıq. Bu görüşlərin hamısı çətindir. Bütün futbolçular oynamaq istəyir və hər kəsin fiziki və emosional gücə sahib olmasını gözləyir. Şəxsən mən əvvəlki ayaq biləyindəki zədədən tez bir zamanda sağalmağı səbirsizliklə gözləyirəm. İynə vurmaq məcburiyyətində qaldım, buna görə də iştirak etdiyim son matçlarda fiziki və texniki cəhətdən bütün gücümü verə bilmədim”.

bu sözü

“Kayrat”ın futbolçusu Vaqner Lav konfrans liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la oyun öncəsi vesti.kz saytına müsahibəsində deyib. Allsport.az xəbər verir ki, o, konfrans liqasında yer aldıqları qrupda keyfiyyətli komandaların olduğunu söyləyib:

“Qarşıda çox vacib oyunlarımız olacaq. “Qarabağ”a qarşı səfərdə oynadıqdan sonra, “Astana”ya qarşı ev oyunu və ölkə kubokunda cavab matçına çıxacağıq. Bu görüşlərin hamısı çətindir. Bütün futbolçular oynamaq istəyir və hər kəsin fiziki və emosional gücə sahib olmasını gözləyir.

Şəxsən mən əvvəlki ayaq biləyindəki zədədən tez bir zamanda sağalmağı səbirsizliklə gözləyirəm. İynə vurmaq məcburiyyətində qaldım, buna görə də iştirak etdiyim son matçlarda fiziki və texniki cəhətdən bütün gücümü verə bilmədim

Artıq “Omoniya” və “Bazel”ə qarşı oynamışıq. İndi “Qarabağ” a qarşı növbəti səfər matçımız var. Növbəti mərhələyə keçmək asan olmayacaq, amma bunun mümkün olmadığını deyə bilmərəm”.

“Qarabağ” konfrans liqasının 3-cü turunda oktyabrın 21-də “Kayrat”ı qəbul edəcək. Tofiq Bəhramov adına respublika stadionunda görüş saat 20:45-də başlayacaq.

Həmin kateqoriyadan