- Baxış sayı: 33
- 22 Sentyabr 2026 22:54
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

“Los Anceles Leykers”in ulduzu Lebron Ceyms NBA-nın müntəzəm mövsümündə keçirilən oyunların sayına görə ikinci pilləyə yüksəlib.
Allsport.az xəbər verir ki, 40 yaşlı basketbolçunun aktivində 1561-ci görüş var. Bu göstərici ilə Ceyms əfsanəvi Kərəm Əbdül-Cabbarı (1560) üstələyib. Rekord 1611 matç keçirməyi bacaran Robert Parisə məxsusdur.
Lebron Ceymsin “Leykers”lə növbəti mövsümün sonuna qədər müqaviləsi var.