- Baxış sayı: 63
- 14 Sentyabr 2026 19:34
- Baxış sayı: 201
- Sentyabr 13, 2026
- 0

Azərbaycanın “Landau Lions” basketbol klubu avrokubok mövsümünə start verib.
Allsport.az xəbər verir ki, Bakı təmsilçisi FİBA çempionlar liqasının II təsnifat mərhələsində Latviya çempionu “VEF Riqa” ilə qarşılaşıb.
Bolqarıstanın Samokov şəhərində keçirilən görüş “Landau Lions”un 88:105 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bu nəticədən sonra Bakı klubu çempionlar liqasında mübarizəni dayandırıb. Komanda beynəlxalq arenadakı çıxışını FİBA Avropa kubokunun “G” qrupunda davam etdirəcək.
Azərbaycanın digər təmsilçisi “Sabah” FİBA çempionlar liqasının əsas mərhələsində mübarizə aparacaq.