Yalovada ikinci yer

Yalovada ikinci yer

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ challenge kuboku pre season” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində ikinci yeri tutub.

Allsport.az xəbər verir ki, yığma qrup mərhələsində keçirdiyi 3 matçın hamısında qələbə qazanaraq finala yüksəlib. U-16 turnirdə “Viktor Sanikidze akademiya basketbol” (94:43), “Bakırköy Qartaltəpə” (65:54) və “Eskişehir Gelişim Falcons” (54:53) komandalarını məğlub edib.

Komanda həlledici qarşılaşmada “Konya Dildaş Basketbol”a 69:73 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan