- Baxış sayı: 26
- 16 Oktyabr 2026 18:58
- Baxış sayı: 274
- Oktyabr 14, 2026
- 0

Türkiyənin Bələç şəhərində keçirilən “Qloria cup” turniri çərçivəsində keçirilən “Beşikdaş” və ÇSKA ( Moskva) oyununda basketbolçular arasında dava düşüb.
Allsport.az xəbər verir ki, 80:57 hesabı ilə “qara qartallar”ın qələbəsi ilə başa çatan görüşün dördüncü hissəsinin ortalarında ÇSKA-nın basketbolçusu İvan Uxovla Türkiyə klubunun hücumçusu Yucin Omoruyi arasında münaqişə yaranıb.
Omoruyi Uxovu sifətindən itələyib. Rusiyalı basketbolçu isə buna zərbə ilə cavab verib. Toqquşma bir neçə saniyə davam edib. Hakimlər və komanda yoldaşları basketbolçuları sakitləşdiriblər.
Nəticədə insidentin hər iki iştirakçısı meydandan qovulub.