- Baxış sayı: 50
- 10 Noyabr 2026 22:07
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

“Neftçi” heyətinə yeni basketbolçu cəlb edib.
Allsport.az xəbər verir ki, komanda ABŞ-dən olan oyunçu Zakeriya Hiks ilə 1 illik müqavilə imzalayıb.
23 yaşlı hücumçu karyerası ərzində NCAA-da “Temple Ovls” və “Penn State Nittany Lions” komandalarının şərəfini qoruyub.
Z.Hiks peşəkar səviyyədə İspaniyanın “UCAM Murcia” klubunda, son olaraq isə NBA “G” liqasında “South Bay Lakers” komandasında çıxış edib.