Amerikalı basketbolçu “Sabah”da

Amerikalı basketbolçu “Sabah”da

“Sabah” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Allsport.az xəbər verir ki, “bayquşlar” amerikalı hücumçu Tacuan Aqe ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

28 yaşlı basketbolçunun boyu 203 sm-dir. Aqe komandaya 2025/26 mövsümünü Fransanın “JL Bourg” klubunda keçirdikdən sonra qoşulub. O, ötən mövsüm “JL Bourg”un heyətində Avropa liqası çempionluğunu qazanıb.

Peşəkar karyerasına 2020-ci ildə Avropada Bolqarıstanın “Balkan” klubunda başlayan Aqe daha sonra İsrailin “Maccabi Ashdod” və Almaniyanın “Rasta Vechta” komandalarında çıxış edib. O, “Rasta Vechta”nın heyətində Almaniya çempionatının yüksək liqasına yüksələn komandanın üzvü olub. 2021/22 mövsümündə basketbolçu Yeni Zelandiyanın “Havkes Bay Havks” klubunda da çıxış edib.

2023-cü ildə Fransaya köçən Agee “BCM Gravelines-Dunkerque” klubuna transfer olunub. İki mövsüm bu komandanın formasını geyindikdən sonra 2025-ci ilin noyabrında “JL Bourg”a keçib.
Amerikalı basketbolçunun Avropa klub turnirlərində də təcrübəsi var.

Həmin kateqoriyadan