ABF-də yeni şöbə yaradıldı, rəhbər yerli məşqçi oldu

ABF-də yeni şöbə yaradıldı, rəhbər yerli məşqçi oldu

Azərbaycan basketbol federasiyasında ölkədə məşqçilərin peşəkar inkişafına və oyunçuların uzunmüddətli hazırlığına dəstək göstərmək məqsədilə yeni məşqçilər şurası yaradılıb. Allsport.az xəbər verir ki, departamentin əsas fəaliyyət istiqamətlərinə məşqçi təhsili, oyunçuların inkişafı, aşağı yaş qrupları üzrə milli komandaların proqramlarının hazırlanması və əlaqələndirilməsi, həmçinin Bakı və Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən ABF akademiyalarında tədris-məşqin təkmilləşdirilməsi daxildir.

Departament, həmçinin milli komandaların məşqçi heyətlərinə texniki dəstək göstərəcək, azərbaycanlı basketbol məşqçilərinin peşəkar inkişafına yönəlmiş təhsil proqramları hazırlayacaq, Azərbaycan basketbol liqası və ABF-nin digər yarışlarının texniki səviyyəsinin yüksəldilməsi ilə bağlı təklif və tövsiyələr verəcək.

Tahir Baxşıyev direktor təyin olunub. Anar Sarıyev, Zaur Paşayev və Polad Həsənov isə departamentin üzvləri kimi fəaliyyət göstərəcəklər.

Həmin kateqoriyadan