Lebron Ceyms 3-cü pilləyə yüksəldi

“Los-Anceles Leykers”in hücumçusu Lebron Ceyms milli basketbol assosiasiyasının (NBA) tarixində oyun sayına görə üçüncü yerə yüksəlib.

Allsport.az xəbər verir ki, 40 yaşlı basketbolçu buna “Portland Treyl Blazers” ilə görüşdə (110:102) nail olub. Bu oyundan sonra Ceymsin 1542 müntəzəm mövsüm oyunu var. O, 1541 oyunu olan Vins Karteri keçib.

Siyahıda ikinci yeri Kərim Əbdul Cabbar (1560), birinci yeri Robert Periş (1611) tutur.

“Portlend”lə matçda Ceyms 40 xal, 8 ribaund və 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan