“Legiya”nın sabiq futbolçusu: “Mahir Əmrəli “Napoli” ilə oyunda…”

“Təəssüf ki, hesab 0:0 olarkən Əmrəlinin zərbəsi dirəkdən döndü”.

Allsport.az xəbər verir ki, bu fikirlə “Legiya”nın sabiq futbolçusu Dariuş Dzekanovski Varşava təmsilçisinin Avropa liqasının qrup mərhələsində “Napoli” ilə oyununu dəyərləndirərkən deyib.

59 yaşlı mütəxəssis Polşa təmsilçisinin İtaliyada 0:3 hesablı məğlubiyyətini baş məşqçi Çeslav Mixneviçin yanlış seçimi ilə əlaqələndirib. Onun fikrincə, çalışdırıcının hücumçusuz meydana çıxmaq planı yanlış idi: “Mahir Əmrəli “Napoli” ilə oyunda start heyətində meydana çıxmalı idi. Bu futbolçu matça ehtiyat oyunçular skamyasından başladı və yalnız sona 20 dəqiqə qalmış mübarizəyə qoşuldu. Varşavalılar klassik hücumçusuz meydana çıxdı ki, bu da komandanın irəlidə heç nə etmək niyyətinin olmadığını, yalnız döyüşdən sağ çıxmaq niyyəti güddüyünü göstərdi. Hətta əks-hücum üçün variant da yox idi. Baş məşqçi yalnız qolsuz heç-heçə barədə düşündü. Komanda özünü qrupun lideri kimi aparmadı, əksinə qorxaq oyun sərgilədi”.

“Legiya” 3 turdan sonra 6 xalla qrupa liderlik edir.

Həmin kateqoriyadan