- Baxış sayı: 56
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Barselona”nın hücumçusu Robert Levandovski çempionlar liqasının əsas mərhələsinin 7-ci turunda “Slaviya”ya qarşı keçirilən matçda (4:2) 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Allsport.az xəbər verir ki, bununla da o, turnir tarixində qol vuran ən yaşlı la liqa futbolçuları siyahısında ikinci pilləyə yüksəlib.
Polşalı forvard qol vurarkən 37 yaş 153 günlüyündə olub. Bu göstəricidə rekord Serxio Ramosa məxsusdur. O, 2023-cü ildə “Sevilya”nın heyətində “Lans”ın qapısına yol taparkən 37 yaş 257 günlüyündə idi.
2022-ci ildən “Barselona”da çıxış edən Levandovskinin klubla müqaviləsi 2026-cı ilə qədərdir.