- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 132
- Sentyabr 23, 2026
- 0

Robert Levandovski “Barselona” vurulan qolların sayına görə Neymarı keçib.
Allsport.az xəbər verir ki, 37 yaşlı hücumçu buna la liqanın 12-ci turunda “Selta”ya (4:2) qarşı het-trik etməklə nail olub.
Polşalı futbolçu Kataloniya təmsilçisində 108-ci qoluna imza atıb. Neymar “Barselona”da 105 dəfə qol vurmuşdu.
Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.