- Baxış sayı: 26
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Barselona”nın hücumçusu Robert Levandovski yay transfer pəncərəsində klubu tərk etmək niyyətində deyil. Allsport.az xəbər verir ki, 37 yaşlı polşalı futbolçu mövsümün sonunda karyerasını bitirmək variantını da nəzərdən keçirmir.
Bu, son vaxtlar mətbuatda onun “Milan” və ya “Fənərbağça” klubuna keçəcəyi ilə bağlı yayılan şayiələrə son qoyur.
Levandovski cari mövsümdə Kataloniya komandasının heyətində 12 matç keçirib və 7 qol vurub. Onun “Barselona” ilə müqaviləsi gələn ilin iyunun 30-na kimi qüvvədədir.