“”Lill” kimi komanda ilə səfərdə bərabərə qalmaq yaxşı nəticədir”

“Qəbələ”nin hücumçusu Baqali Dabo Avropa Liqasının 3- ələməsində Fransanın “Lill” klubuna qarşı keçirdikləri səfər oyunundan sonra fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, 1:1 hesabı ilə başa çatan matç barəsində bunu deyib:

“Lill” kimi komanda ilə səfərdə bərabərə qalmaq yaxşı nəticədir. Ümid edirəm ki, Bakıdakı oyun daha maraqlı keçəcək və bizim üçün uğurlu olacaq. Bunun üçün bütün gücümüzü sərf edəcəyik”.

Həmin kateqoriyadan