- Baxış sayı: 33
- 03 Noyabr 2026 19:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Lill”in yarımmüdafiəçisi Edon Jeqrova mövsümün sonunda klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçu “Yuventus”un yay transfer pəncərəsi üçün əsas transfer hədəflərindən biri hesab olunur. Kosovolunun bazar dəyəri 25 milyon avrodur.
Jeqrova cari mövsüm ərzində 16 oyunda iştirak edib, 7 qol və 2 məhsuldar ötürməylə yadda qalıb.