- Baxış sayı: 31
- 24 İyun 2026 03:46
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Argentina öz meydanında Kürasaoyanı qəbul edib.
Allsport.az xəbər verir ki, komandaların yoxlama görüşündə ev sahibləri 7:0 hesabı ilə qalib gəlib.
Matçın 20-ci dəqiqəsində PSJ-nin hücumçusu Lionel Messi hesabı açıb. 3 dəqiqə sonra Nikolas Qonzales 2-ci qolu vurub (23-cu dəq.). 33-cü dəqiqədə Messi dubla imza atıb (3:0). “Çelsi”nin futbolçusu Enzo Fernandes 35-ci dəqiqədə Messinin ötürməsindən sonra fərqlənib. Messi 2 dəqiqə sonra (37-ci dəq.) özünün 3-cü qoluna imza atıb (5:0).
Anxel di Mariya 78-ci dəqiqədə penaltidən fərqlənib. 87-ci dəqiqədə Qonsalo Montiel tabloda yekun hesabı müəyyənləşdirib (7:0).
Lionel Messi 2005-ci ildən Argentina millisinə çağırılıb. Komanda o, kapitan olarkən 2022-ci ildə Qətərdə keçirilən dünya kubokunu qazanıb. Hücumçu mundalın ən yaxşı oyunçusu seçilib.