- Baxış sayı: 21
- 01 May 2024 15:49
- Baxış sayı: 51
- May 01, 2024
- 0
AFFA-nın lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov Minskdə olublar. Allsport.az saytı xəbər verir ki, Belarus Futbol Federasiyasında həmkarları ilə görüş keçirən bizimkilər ətraflı fikir mübadiləsi aparıb, lisenziya sahəsi ilə bağlı təcrübələrini bölüşüblər.
Səfər çərçivəsində “Dinamo” stadionun əməkdaşları ilə də görüş keçirilib, nümayəndələrimiz BFF-in futbol akademiyasında yaradılmış şəraitlə tanış olub. Eyni görüşün Bakıda da təşkil olunması ilə bağlı razılıq əldə edilib.