“Liverpul” 2009-cu ildən bəri “Real”ı məğlub edə bilmir

“Liverpul” ardıcıl 8 oyundur ki, çempionlar liqasında “Real”a qalib gəlmir.

Allsport.az xəbər verir ki, 1/8 finalda “Liverpul” Madrid təmsilçisinə hər iki görüşdə məğlub olub (2:5, 0:1).

Bu komandalar arasında çempionlar liqasında son 8 oyunda “Real” iki dəfə finalda (2018 və 2022-ci illərdə) olmaqla, 7 dəfə qalib gəlib.

Komandalar bir dəfə də heç-heçə eediblər. Bu, turnirin eyni rəqibə qalib gələ bilməmək üzrə ən uzun seriyasıdır.

Sonuncu dəfə “Liverpul” “Real”ı 2009-cu il martın 10-da çempionlar liqasının 1/8 finalında məğlub edib (4:0).

Həmin kateqoriyadan