Lük Holts: “Lüksemburq Azərbaycan millisindən daha güclüdür”

“Qrupda 9 xal toplamaq tariximizin ən böyük uğurudur. Çətin qrupa düşmüşdük”.

Allsport.az xəbər verir ki, bu fikirləri Lüksemburq yığmasının baş məşqçisi Lük Holts “Tageblatt” nəşrinə açıqlamasında 2022-ci il dünya çempionatının seçmə mərhələsi barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis Azərbaycan millisinə Bakıda 3:1 hesabı ilə qalib gəldikləri matçı xatırlayıb: “Bu qələbə düzgün yolda olduğumuzu göstərdi. Rəqib fiziki cəhətdən bizdən üstün idi. Ancaq oyun baxımından biz daha güclüyük. Onların 1, bizim isə 9 xal toplamağımız hər şeyi deyir”.

İrlandiya ilə birlikdə 9 xala malik Lüksemburq yığması “A” qrupunda 3-4-cü yerləri bölüşdürüb. Azərbaycan millisi isə seçmə mərhələni 1 xalla sonuncu – 5-ci yerdə başa vurub.

Həmin kateqoriyadan