“Lunyov xaricdə oynayan ən yaxşı rusiyalı qapıçıdır”

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun Rusiya millisinin bu ay keçiriləcək oyunlarda iştirakına aydınlıq gələcək vaxt bəlli olub.

Allsport.az xəbər verir ki, bunu yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov açıqlayıb.

O, Rusiya mətbuatına açıqlamasında Lunyovun millidəki perspektivinə aydınlıq gətirib: “Lunyovun hazırda ən yaxşı rusiyalı qapıçı olduğunu deyə bilmərik. Çünki onu digər qolkiperlərlə müqayisə etmək olmaz. Ona görə ki, Andrey, Rusiya premyer liqasında çıxış etmir, digər qapıçılarımız da avrokuboklarda oynamırlar. Lunyov xaricdə oynayan ən yaxşı rusiyalı qapıçıdır. Amma klublarımız avrokuboklarda çıxış etmədiyindən müqayisə düzgün olmaz. Andreyin yığmada “1 nömrə” olub-olmayacağına gəlincə, bütün qapıçılar Novoroqsk toplanışında bir araya gəlməlidir. Mən onlara məşqlərdə baxacam, söhbət edəcəm. Bundan sonra kimin hansı oyunda şans qazanacağı, necə qapıçıya güvənəcəyimə qərar verəcəm”.

Həmin kateqoriyadan