“Bu heç-heçəni məğlubiyyət kimi qəbul edirəm”

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov, Ağdam təmsilçisinin Avropa liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bayer”lə evdə heç-heçə (2:2) etməsini şərh edib.

Allsport.az xəbər verir ki, rusiyalı funksioner “Qarabağ”ın ilk hissədə üstün oynadığını vurğulayıb:

“Qarabağ” – “Bayer” oyunundan sonra içimdə boşluq yarandı, çünki ilk hissədə əla oynadıq. İkinci hissədə, 60-cı dəqiqəyə qədər heç bir problem olmadı, “Bayer-04”in bir dənə də olsun təhlükəli anı olmadı, “Qarabağ” ciddi və konsentrasiyalı müdafiə olundu. Ancaq sonra özlərinə bir məqsəd qoydular. Meydanın bizə aid olan yarısında tamamilə lazımsız geriyə ötürmə. Təbii ki, “Bayer” qol vurandan sonra ruhlandı, Virtz, Caka,Şik meydana çıxdı. 92-ci dəqiqədə də məsələ həll olundu.

Bu heç-heçəni məğlubiyyət kimi qəbul edirəm. Hesab 2:1 olarkən Juninyonun 100% şansı var idi. O, qol vursaydı, “Qarabağ” qalib gələcəkdi. Hazırda dünyanın ən yaxşı komandasına qarşı layiqli oyun. Kimin ağlına gələrdi ki, “Qarabağ” 2:0 öndə olacaq, “Bayer-04” isə geridönüş etməli olacaq.

Andreyi iki qol buraxmaqda qınamaq olmaz. Bu oyunu “quru” bitirmək də olardı. Ancaq bu cür qol “maşın”ları qarşısında müdafiə olunmaq çətindir. Andrey yaxşı oynadı və heç bir səhvə yol vermədi. Amma mən bütün komandanı qeyd etmək istəyirəm. “Bayer-04″ün məğlubiyyətsizlik zolağını qıra bilərdik. Təbii ki, Almaniyada çox çətin olacaq. Heyf. Tarixə düşmək istəyirdik”.

Həmin kateqoriyadan