Məşhur klub emblemini dəyişir

“Nyukasl Yunayted” 2026/27 mövsümündən etibarən emblemini dəyişməyi planlaşdırır.

Allsport.az xəbər verir ki, klub rəhbərliyi belə qənaətə gəlib ki, 1988-ci ildən mövcud olan gerb həddən artıq mürəkkəbdir və rəqəmsal dünyanın müasir tələblərinə cavab vermir.

Yeni emblem 1950-ci illərdən bəri dördüncü olacaq.

Həftə ərzində azarkeşlər yeni emblem haqqında öz fikirlərini bildirə və təklif olunan variantlardan birinə səs verə biləcəklər.

Həmin kateqoriyadan