- Baxış sayı: 0
- 20 Noyabr 2026 23:42
- Baxış sayı: 55
- Noyabr 20, 2026
- 0

Braziliya millisinin sabiq qadın yarımmüdafiəçisi Qabi Morais narkotik ticarətindən əldə olunan pulların yuyulmasında şübhəli bilinərək həbs edilib.
Allsport.az xəbər verir ki, 32 yaşlı futbolçu “Komando Vermelyo” cinayətkar təşkilatına qarşı keçirilən polis əməliyyatı zamanı saxlanılıb.
İstintaqın versiyasına görə, o, qanunsuz gəlirlərin yuyulmasına və təşkilatın maraqları naminə kommersiya danışıqlarına kömək edib.
Əməliyyat zamanı onun qardaşı Joao Paulo Karneyro de Morais də həbs olunub.