- Baxış sayı: 63
- 20 Noyabr 2026 11:27
- Baxış sayı: 55
- Noyabr 20, 2026
- 0

“Xilasedici”nin kapitanı Vüqar Bayramov, çempionlar liqasının III təsnifatının ilk oyununda evdə Sloveniyanın “ACH Volley Lüblyana” klubuna məğlubiyyətlə bağlı fikrini bölüşüb. Allsport.az xəbər verir ki, voleybolçu 1:3 hesablı yenilgidən sonra cavab matçında daha yaxşı nəticə göstərməyə çalışacaqlarını bildirib:
“Qarşımızda güclü rəqibin olduğunu bilirdik. Sloveniya millisinin aparıcı oyunçularından formalaşan bu komanda ilə qarşılaşmanın çətin keçəcəyini gözləyirdik. Oyunda əlimizdən gələni etdik, sona qədər mübarizə apardıq, lakin uduzduq.
Buna baxmayaraq, komandama inanıram. Portuqaliya təmsilçisi ilə də ilk oyunda məğlub olmuşduq, lakin səfərdə əzmkar oyun nümayiş etdirərək qələbə qazanmışdıq. Bu dəfə də səfərdə layiqli mübarizə aparıb azarkeşlərimizi sevindirməyə çalışacağıq”.