- Baxış sayı: 0
- 20 Noyabr 2026 23:42
- Baxış sayı: 55
- Noyabr 20, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ilə klubun futbol akademiyasının koordinator və məşqçi heyəti arasında görüş keçirilib.
Allsport.az xəbər verir ki, “Palms sports” futbol mərkəzində təşkil olunan görüşdə uşaq futbolu, infrastruktur və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda “Neftçi” futbol akademiyasının komandalarına qarşıdakı yarışlarda uğurlar arzulanıb.