- Baxış sayı: 0
- 20 Noyabr 2026 23:42
- Baxış sayı: 55
- Noyabr 20, 2026
- 0

“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino klubun mətbuat xidmətinə açıqlama verib.
Allsport.az xəbər verir ki, argentinalı mütəxəssis futbolçulara dəstək nümayiş etdirib:
“Keyfiyyətli heyətimiz var. Bu futbolçuları sevməli, onlara dəstək olmalıyıq. Komandanın indiki durumuna fokuslanıb, oyunçuları dəyərləndirmək səhvdir. Hər klubun eniş dövrü olub. Qalxmaq və irəli baxmaq lazımdır. Heyətimizin potensialı var, bunu göstərməliyik”.
Poçettino bir neçə gün əvvəl “qırmızı şeytanlar”a baş məşqçi təyin edilib.
“Mançester Yunayted” premyer liqada 10 turdan sonra 8 xalla 18-ci pillədə qərarlaşıb.