“Sivasspor”un prezidenti : “Vilyarreal” favorit, digər 3 klub eyni gücdədir

Sabah Avropa liqasının “İ” qrupunun ilk matçında “Sivasspor” İspaniyanın “Vilyarreal” klubunun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, Türkiyə təmsilçisinin prezidenti Məcnun Otyandırmaz rəqibi qrupun favoriti sayır:

“Etdiyimiz transferlərlə ötən mövsümdəkindən daha yaxşı komanda qurduq. Hələlik bir az uyğunlaşma problemi var. Səfərdən xalla qayıda biləcəyimizə ümid edirəm. Təbii ki, qrupdan çıxmaq istəyirik.

“Vilyarreal” birinci səbətdə olduğu üçün favoritdir. Digər 3 komandanın bir-biriləri ilə eyni gücdə olduğunu düşünürəm. Qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanmaq niyyətindəyik”.

Həmin kateqoriyadan