“Məğlubiyyətə layiq komanda deyildik”

Premyer liqanın 26-cı turunda “Sbəail” evdə “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev oyun haqda danışıb:

“Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün dinamik, rəngarəng, diqtə edən futbol oynadıq. Futbolda üç nəticə olur, onları da normal qəbul etmək lazımdır. Məğlubiyyətə layiq komanda deyildik. Əsasən də, ikinci yarıda göstərdiyimiz oyunla inkişaf yolunda olduğunu gördüm. Oyun varsa, mütləq nəticə də gələcək. Belə davam etsək, istədiyimiz yerlərə gəlib çıxacağıq. Penaltidən istifadə edə bilmədik, qol vəziyyətlərini sağa-sola xərclədik.

Öz komandama təşəkkür edirəm. Fəxr edirəm ki, düşünən, futbol oynayan, hücumda rəngarəng oynayan komandam var. Bu oyunu unutmalı, növbəti matçlara köklənməliyik. Belə oynasaq, nəticə də gələcək. Əsas odur ki, artıq komanda böyüyüb, yaxşı futbol oynayır. Çox yaxşı futbol oynadıq. Məğlubiyyəti də qəbul etməli, irəli baxmalıyıq”.

Həmin kateqoriyadan