- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 217
- Avqust 05, 2026
- 0

“İlk hissədə “Qarabağ” hər şeyi həll etdi. Taktiki-texniki cəhətdən geridəydik. Erkən qollar planlarımızı pozdu. Rəqib qələbəyə layiq idi”.
Allsport.az xəbər verir ki, bunu “Şkendiya”nın baş məşqçisi Jeton Beqiri Bakıda “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduqları çempionlar liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
O, hesaba görə çox danışmaq istəmədiyini bildirib: “Açığı, bu hesabı gözləmirdim. Məğlubiyyətdən dərs çıxarmalıyıq. Hər avrokubok bir təcrübədir”.
Beqiri sabahdan hazırlığa başlayacaqlarını söyləyib: “Bu görüşü təhlil edib Avropa liqasının pley-off mərhələsinə hazırlaşacağıq. Həftə sonu ölkə çempionatı da başlayacaq. İlk hədəfə çatmışıq: konfrans liqasının əsas raunduna vəsiqəni təmin etmişik”.