Məhəmməd Qədir: Matçdan öncə heç kim fikirləşmirdi ki, qələbə qazanacağıq

“Bney Yəhuda”nın futbolçusu Məhəmməd Qədir Avropa liqasının 3-cü təsnifatının cavab matçında “Neftçi”yə qalib gəldikdən (2:1) sonra KİV önünə çıxıb. Allsport.az saytı xəbər verir ki, o, nəticədən məmnunluğunu ifadə edib.

– Bizim üçün çox yaxşıdı. Bilirsiz, matçdan öncə heç kim fikirləşmirdi ki, biz qələbə qazanacağıq. Ancaq yaxşı nəticə qazandıq. Əks-hücumlarda yaxşı oynadıq. Nəticəyə görə xoşbəxtik. 

– Buna qədər qol buraxmayan “Neftçi”ni hər iki matçda məyus etdiz. Müdafiə belə zəif idi?
– Xeyr. Onlar çox yaxşı idilər. Baş məşqçimiz bizə çoxlu videolar göstərmişdi. Komanda olaraq çox yaxşı hazırlaşmışdıq. Sadəcə, rəqibin zəif cəhətlərini bilirdik. Qələbə qazandığımıza görə çox sevincliyik. 

– Bu qələbədə əsas pay sahibi olduğunuzu düşünmürsüz ki? “Neftçi” iki matçda sizi dayandıra bilmədi…
–  Burda olduğuma görə xoşbəxtəm. Ən yaxşı oyunumu göstərməyə davam edəcəm. 

– Özünü bu komandada necə hiss edirsən?
– Əla. Çox gənc komandamız var. Hamı uğur üçün acdı. Komandamız ilə qürur duyuram. 

– “Neftçi”nin heyətində hansı futbolçunu qeydə edə bilərsiz?
– Məncə, hamı yaxşı idi. Əgər birini seçməliyəmsə, 8 nömrəli oyunçunu, kapitanı qeyd edərdim (Emin Mahmudovu nəzərdə tutur – red.). Çox yaxşı futbolçudu. Həmçinin, 28 nömrəli oyunçunu vurğulamaq istərdim (Stiven Monroz).

– Qrupa düşmək şansınızı necə görürsüz?
– Biz buna inanırıq. “Malmö” ilə sınağımız olacaq. Biz ən yaxşı oyunumuzu göstərməyə hazırıq.

Həmin kateqoriyadan