“Emil kimi gənclərin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsinə çalışmalıyıq”

“Bakcell Arena”da “Neftçi”nin qapıçısı Emil Balayevin Almaniyanın “Ayntraxt” klubuna keçidi ilə bağlı mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, konfransda iştirak etmiş paytaxt klubunun vitse-prezidenti Elnur Məmmədov media nümayəndələrinin suallarını cavablandırıb:

“Neftçi”də gənc futbolçuların inkişafına xüsusi həssaslıqla yanaşılır. Klub prezidenti Sadıq Sadıqov şəxsən Emil Balayevin “Ayntraxt” klubuna keçidinin baş tutması üçün hər cür kömək göstərdi. Klub rəhbərliyi çalışır ki, Emil kimi gənclərimiz beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etsinlər. Biz “Neftçi” klubu olaraq ümumilikdə Azərbaycan futbolunun inkişafına çalışırıq. Emil Balayevə gələcək karyerasında uğurlar arzulayırıq”.

Həmin kateqoriyadan