“Mən onu qazanmaq istəyirəm”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə kubokunun finalı ilə bağlı gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, mütəxəssis qalib olmaq istədiyini bildirib:

“Mən onu qazanmaq istəyirəm. Əminəm ki, dünyanın ən yaxşı komandası ilə qarşılaşsaq belə, finalda qalib gəlmək üçün yaxşı imkanımız var. Biz bunu bu mövsüm göstərdik.

Bu mövsüm çoxlu enişlər və yüksəlişlər oldu. İngiltərə kubokunu qazanmaq onu uğurlu etməyəcək, biz daha çox turnir qazanmaq istəyirik. İki il ərzində üç finala çıxdıq, bu yaxşıdır, amma bu mövsüm uğursuzluqlar çox oldu”.

Həmin kateqoriyadan