“Mən təkcə “Neftçi”ni yox, Azərbaycanı təmsil edəcəyəm”

“Bakcell Arena”da “Neftçi”nin qapıçısı Emil Balayevin Almaniyanın “Ayntraxt” klubuna keçidi ilə bağlı mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, yığmamızın qapıçısı bu keçidlə bağlı fikirlərini açıqlayıb.

“Klub rəhbərliyinə minnətdarlıq edirəm. Onlar bu keçidin reallaşması üçün nə lazımdırsa, etdilər. Bütün sənədlər vaxtında Almaniyaya göndərildi. Bilirəm ki, üzərimə böyük yük düşür. Almaniyada mən təkcə “Neftçi”ni yox, bütün Azərbaycanı təmsil edəcəyəm. Özümə güvənirəm. İnanıram ki, göstərilən etimadı doğruldacağam”.

Həmin kateqoriyadan