- Baxış sayı: 58
- 20 Sentyabr 2026 14:44
- Baxış sayı: 177
- Sentyabr 17, 2026
- 0

FİFA prezidenti Canni İnfantino Mərakeşdə təcili toplantı keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Allsport.az xəbər verir ki, iclasın avqustun 5-də baş tutacağı gözlənilir.
Müzakirələrin əsas mövzusu UEFA, KONKAKAF və AFC üzvlərinin böyük əksəriyyətinin Infantinoya etimadsızlıq göstərməsindən sonra FİFA-nın atacağı növbəti addımlar olacaq.
İnfantino dünya çempionatının ev sahibliyi hüquqlarını üçüncü tərəflərə satmaq ideyasından geri addım atsa da, digər qurumlar artıq onun əvəzinə yeni prezident namizədi axtarışına başlayıb.
Əgər İnfantino könüllü olaraq istefa verməzsə və ya yaxınlaşan seçkilərdə qalib gələrsə, adları çəkilən konfederasiyaların üzvləri FİFA-nın bayrağı altında keçirilən bütün turnirləri boykot edəcəklərini bəyan ediblər.