“Mərhələni keçmək fürsətimiz var”

İsveçrənin “Sürix” klubunun baş məşqçisi Franko Foda, çempionlar liqasının 2-ci təsnifatında “Qarabağ”la cavab oyunu barədə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, almaniyalı mütəxəssis mərhələni keçməyə iddialı olduqlarıını deyib:

“”Qarabağ” evdə çox güclü idi. 2-ci hissədə topa sahib olduğumuz zaman xeyli fəallaşdıq. Doğma meydanda daha aqressiv oynamaq və imkanlardan səmərəli istifadə etmək istəyirik. Mərhələni keçmək fürsətimiz var. Təbii ki, müəyyən gərginlik hiss edirik. Amma azarkeşlərimizin qarşısında daha motivasiyalı oynayacağıq”.

“Sürix” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə Ağdam klubu 3:2 qələbə qazanıb.

Həmin kateqoriyadan