Məşhur klub azərbaycanlı iş adamının təklifini geri çevirdi

İngiltərə “Vest Hem”i azərbaycanlı iş adamı Nəsib Piriyevin rəhbəri olduğu “PAI capital” investisiya şirkətinin klubu satın almaq üçün təklifini geri çevirib.

Allsport.az xəbər verir ki, Piriyevin sahibi olduğu şirkət təlim-məşq mərkəzi və klubun akademiyaları ilə əlaqədar 175 milyon avroluq investisiya təklifi irəli sürüb.

“Vest Hem”in sahiblərindən Devid Sallivan satışın əleyhinə çıxıb və bildirib ki, klub yaxşı işləyirsə, onu satmağın vaxtı deyil.

Həmin kateqoriyadan