Məsiyevə UEFA-dan mühüm təyinat

FIFA referisi Elçin Məsiyev konfrans liqasının oyununa təyinat alıb. Allsport.az xəbər verir ki, o, I təsnifat mərhələsində keçiriləcək Moldovanın “Petrokub” və Şimali Makedoniyanın “Sileks” komandaları arasında oyunu idarə edəcək.

Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

İyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Həmin kateqoriyadan