- Baxış sayı: 131
- 08 May 2026 23:17
- Baxış sayı: 161
- May 08, 2026
- 0

Azərbaycanın FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, Məsiyev çempionlar liqasının II təsnifat mərhələsində “Riyeka” (Xorvatiya) və “Lüdoqorets” (Bolqarıstan) komandaları arasındakı ilk qarşılaşmanın baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş iyulun 23-də Riyeka şəhərindəki eyniadlı stadionda keçiriləcək